Kipr çempionatında 4-cü turun oyunları keçirilib.
Corner.az xəbər verir ki, Avropa Liqasında “Qarabağ”la eyni qrupda yer alan APOEL də növbəti oyununa çıxıb.
Sözügedən kollektiv səfərdə “Paralimni”n qonağı olub. “Qarabağ”ın rəqibi bu oyunda qələbə qazanıb – 3:2.
Qarşılaşmada hesabı 22-ci dəqiqədə fərqlənən APOEL-in futbolçusu Hallenius açıb. Lakin 64 və 89-cu dəqiqələrdə fərqlənən meydan sahibləri matçda dönüş yaratmağa nail olublar. Qonaqlar yalnız 90+4 və 90+10-cu dəqiqələrdə fərqlənən Merkisin dublu sayəsində qələbəni təmin edə biliblər.
APOEL bu qələbədən sonra 6 xalla 12 kollektiv arasında 5-ci pillədə qərarlaşıb. Amma bu komandanın iki oyunu da təxirə salınıb.
“Qarabağ”ın APOEL-lə ilk oyunu oktyabrın 24-də Bakıda, cavab görüşü isə noyabrın 7-də Kiprdə baş tutacaq.