30 yanvar 2026. Cümə

"Lill" evdə "Frayburq"u məğlub etdi


  • Avroliqa
  • 02:00 30.01.2026
  • Oxunma sayı: 31
"Lill" evdə "Frayburq"u məğlub etdi

Avropa Liqasının 2025/2026 mövsümünün ümumi mərhələsinin 8-ci turu çərçivəsində “Lill” (Fransa) və “Frayburq” (Almaniya) komandaları arasında keçirilən qarşılaşma başa çatıb.

90deqiqe.Az-ın məlumata görə, oyun Fransanın Vilnöv-d’Ask şəhərində yerləşən “Dekatlon Arena — Pyer-Morua” stadionunda keçirilib. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçın ikinci hissəsində, 74-cü dəqiqədə qonaq komandanın yarımmüdafiəçisi Maksimilian Eqgeşteyn qırmızı vərəqə alaraq meydandan qovulub. Qarşılaşmanın taleyini isə əlavə vaxtda, 90+2-ci dəqiqədə “Lill”in hücumçusu Olivye Jiru həll edib. Onun vurduğu qol komandaya vacib qələbə qazandırıb.

Səkkiz turdan sonra “Lill” Avropa Liqasında 12 xal toplayaraq turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb. “Frayburq” isə 17 xalla 7-ci sırada yer alır.

Qeyd edək ki, Avropa Liqasının cari mövsümündə pley-off (play-off) mərhələsinin oyunları 19 və 26 fevral 2026-cı il tarixlərində keçiriləcək. Turnirin final matçı isə 20 may 2026-cı ildə İstanbulda, “Beşiktaş” stadionunda baş tutacaq.







Avroliqa