- Avroliqa
- 02:22 30.01.2026
UEFA Avropa Liqasında liqa mərhələsi başa çatıb.
90deqiqe.Az-ın məlumata görə,Türkiyənin “Fənərbağça” klubu turnirin 8-ci turu çərçivəsində Rumıniyada FCSB-nin qonağı olub.Qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
“Sarı-lacivərtlilər”in heyətində yeganə qolu İsmail Yüksek vurub. Bu nəticə “Fənərbağça”ya Avropa Liqasında pley-off mərhələsinə yüksəlmək imkanı verib.
Liqa mərhələsini 3 qələbə və 3 heç-heçə ilə başa vuran İstanbul təmsilçisi turnir cədvəlində 19-cu yeri tutub. “Fənərbağça”nın pley-off mərhələsindəki rəqibi “Nottingem Forest” və ya “Viktoriya Plzen” olacaq.