30 yanvar 2026. Cümə

Avropa Liqasında 8 komanda birbaşa 1/8 finala vəsiqə qazandı


  • Avroliqa
  • 02:11 30.01.2026
  • Oxunma sayı: 34
Avropa Liqasında 8 komanda birbaşa 1/8 finala vəsiqə qazandı

Avropa Liqasında ümumi mərhələ başa çatıb.

90deqiqe.Az-ın məlumata görə, turnir cədvəlində ilk 8 yeri tutan komandalar birbaşa 1/8 final mərhələsinə vəsiqə qazanıblar.

Ümumi mərhələni ilk səkkizlikdə tamamlayan komandalar bunlardır: “Lion”, “Aston Villa”, “Midtyullann”, “Betis”, “Portu”, “Braqa”, “Frayburq” və “Roma”.

Bu komandalar Avropa Liqasında mübarizəni yaz aylarında davam etdirəcəklər. 1/8 final mərhələsinin oyunları 12 və 19 mart tarixlərində keçiriləcək.

Turnirin pley-off mərhələsi isə pley-in (stikovoy) raundundan başlayacaq. Bu mərhələdə ümumi mərhələni 9–24-cü yerlər arasında başa vuran komandalar iştirak edəcəklər.

Qeyd edək ki, Avropa Liqasının hazırkı qalibi “Tottenhem”dir. London təmsilçisi bir gün əvvəl Çempionlar Liqasında 1/8 final mərhələsinə yüksəlməyi bacarıb.







Avroliqa