- Avroliqa
- 02:22 30.01.2026
Cümə axşamı Avropa Liqasının ümumi mərhələsinin sonuncu – səkkizinci turunun oyunları keçirilib.
90deqiqe.Az-ın məlumata görə, qitənin ikinci ən nüfuzlu klub turnirində pley-off mərhələsinin bütün iştirakçıları müəyyənləşib.
Ümumi mərhələni ilk 8 pillədə başa vuran komandalar birbaşa 1/8 final mərhələsinə yüksəlib. Növbəti 16 kollektiv isə pley-off mərhələsində mübarizə aparacaq.
Kubok uğrunda mübarizəni davam etdirən komandaları ümumi mərhələdə tutduqları yerlərlə birlikdə təqdim edirik.
Birbaşa 1/8 finala vəsiqə qazanan komandalar:
“Lion”
“Aston Villa”
“Midtyüllann”
“Betis”
“Portu”
“Braqa”
“Frayburq”
“Roma”
Pley-off mərhələsinə yüksələn komandalar:
9. “Genk”
10. “Bolonya”
11. “Ştutqart”
12. “Ferentsvaroş”
13. “Nottingem Forest”
14. “Viktoriya” Plzen
15. “Srvena Zvezda”
16. “Selta”
17. PAOK
18. “Lill”
19. “Fənərbağça”
20. “Panatinaikos”
21. “Seltik”
22. “Ludoqorets”
23. “Dinamo” Zaqreb
24. “Brann”
Qeyd edək ki, Avropa Liqasının pley-off mərhələsinin püşkatma mərasimi 30 yanvar tarixində keçiriləcək.