- Avroliqa
- 16:28 30.01.2026
UEFA Avropa Liqasında pley-off mərhələsinin püşkatma mərasimi baş tutub.
90deqiqe.Az-ın məlumata görə, püşkün nəticələrinə əsasən, Türkiyənin “Fənərbağça” klubu bu mərhələdə İngiltərə təmsilçisi “Nottingem Forest”lə qarşılaşacaq. Avropa Liqasının pley-off mərhələsində bir sıra maraqlı və gərgin duelərin yaşanacağı gözlənilir.
Pley-off mərhələsinin cütlükləri aşağıdakı kimidir:
“Seltik” (Şotlandiya) – “Ştutqart” (Almaniya)
“Ferensvaroş” (Macarıstan) – “Ludoqorets” (Bolqarıstan)
“Panatinaikos” (Yunanıstan) – “Viktoriya Plzen” (Çexiya)
“Fənərbağça” (Türkiyə) – “Nottingem Forest” (İngiltərə)
“Dinamo” (Zaqreb, Xorvatiya) – “Genk” (Belçika)
“Brann” (Norveç) – “Bolonya” (İtaliya)
PAOK (Yunanıstan) – “Selta Viqo” (İspaniya)
“Lill” (Fransa) – “Srvena Zvezda” (Serbiya)
Qeyd edək ki, Avropa Liqasında pley-off mərhələsinin oyunları fevralın 19-u və 26-da keçiriləcək. Turnirin final qarşılaşması isə mayın 20-də İstanbul şəhərində təşkil olunacaq.