23 noyabr 2024. Şənbə

UEFA "Qarabağ"a intizam işi açdı


  • Avroliqa
  • 12:57 24.09.2019
  • Oxunma sayı: 616
UEFA "Qarabağ"a intizam işi açdı

UEFA növbəti dəfə "Qarabağ" klubuna qarşı intizam işi açıb. 

Avropa futbol qurumunun Mətbuat xidmətindən Corner.az-a verilən məlumata görə, araşdırma Azərbaycan təmsilçisinin Avropa Liqasının qrup mərhələsinin I turunda İspaniya "Sevilya"sı ilə ev matçında baş verənlərlə əlaqədardır.

Azarkeşlər Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmada  meydana kənar əşyalar atıblar. Bu, Andalusiya təmsilçisinin 62-ci dəqiqədə hesabı açmasından sonra baş verib. "Sevilya"nın heyətində Xavyer Ernandes cərimə zərbəsini dəqiq yerinə yetirib. Ağdam komandasının fanatları isə "Çiçarito" ləqəbli hücumçunun qoluna belə reaksiya veriblər. 

UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi məsələyə oktyabrın 17-də baxacaq. 

Qeyd edək ki, qarşılaşma "Qarabağ"ın 0:3 hesablı məğlubiyyəti ilə bitib. Ölkə çempionu bu mövsüm daha iki dəfə UEFA tərəfindən cərimələnib. 







Avroliqa