- Avroliqa
- 23:55 19.02.2026
Avropa Liqasının pley-off mərhələsində “Nottingem Forest” səfərdə “Fənərbağça” üzərində inamlı qələbə qazanıb.
90deqiqe.Az xəbər verir ki, İngiltərə təmsilçisi rəqibini 3:0 hesabı ilə məğlub edib.
Oyunda hesabı ilk hissənin ortalarında Murilyo açıb. O, meydanın mərkəzində topu ələ keçirərək iki rəqibini keçib və cərimə meydançası yaxınlığından uzaq məsafədən topu uzaq “doqquzluğa” göndərib – 0:1.
Birinci hissənin sonlarında künc zərbəsindən sonra İqor Jezus uzaq dirəkdə nəzarətsiz qalıb və başla topu boş qapıya yönəldib – 0:2.
Fasilədən dərhal sonra Omari Hatçinson mərkəzdə topu ələ keçirərək hücumu sürətləndirib. O, ötürməni İqor Xesusun ünvanına göndərsə də, braziliyalı futbolçu zərbə endirmək əvəzinə topu Morqan Qibbs-Uayta ötürüb. İngilis yarımmüdafiəçi isə topu müqavimətsiz şəkildə tora göndərib – 0:3.
Görüşün sonlarında Neko Uilyams da fərqlənməyə yaxın olsa da, onun zərbəsini qapıçı küncə çıxarıb.
Bu nəticədən sonra “Nottingem Forest” 1/8 finala yüksəlmək üçün ciddi üstünlük əldə edib.