- Avroliqa
- 23:55 19.02.2026
Avropa Liqasının pley-off mərhələsində “Selta” səfərdə PAOK üzərində 2:1 hesablı qələbə qazanıb.
90deqiqe.Az xəbər verir ki, oyunun əvvəlində qonaqlar bir neçə təhlükəli epizod yaradıblar. Sağ cinahdan Iago Aspas Villiot Svedberqi qapı qarşısına çıxarıb. İsveçli futbolçunun yaxın küncə zərbəsini qapıçı dəf edib, təkrar cəhd də nəticəsiz qalıb. Ardınca Oskar Minqesa cərimə meydançasına daxil olaraq 12 metrdən zərbə endirsə də, top az fərqlə tirin üzərindən keçib.
Hesab 34-cü dəqiqədə açılıb. Serxio Karreyra topu cinahda ələ keçirərək başla Migel Romanın ünvanına ötürüb. Roman isə dabanla bir toxunuşda Aspasa ideal ötürmə verib. Təcrübəli hücumçu cərimə meydançasına daxil olaraq 15 metrdən sol küncə dəqiq zərbə vurub – 0:1.
Birinci hissənin sonlarında Aspas sağdan ötürmə edib, Svedberq isə bir toxunuşla topu tora göndərib – 0:2.
İkinci hissədə PAOK fərqi azaltmağa nail olub. 77-ci dəqiqədə Andrija Zivkovićin ötürməsindən sonra Aleksandr Yeremeyeff topu uzaq küncə yönəldib – 1:2.
Cavab görüşü İspaniyada keçiriləcək və “Selta” bu oyunda favorit hesab olunur.