20 fevral 2026. Cümə

“Genk” səfərdə “Dinamo” üzərində qələbə qazandı, “Brann” İtaliyada uduzdu


  • Avroliqa
  • 23:55 19.02.2026
  • Oxunma sayı: 30
“Genk” səfərdə “Dinamo” üzərində qələbə qazandı, “Brann” İtaliyada uduzdu

Avropa Liqasının pley-off mərhələsində "Genk" səfərdə "Dinamo Zaqreb" üzərində 3:1 hesablı qələbə qazanıb.

90deqiqe.Az xəbər verir ki,  Belçika təmsilçisi oyuna sürətlə başlayaraq ilk hissənin ortalarına qədər iki qol vurub. Qarşı tərəf fasiləyə yaxın fərqi azaltmağa nail olsa da, son söz Zakariya el-Uahdinin dublu ilə "Genk"də qalıb.

Digər qarşılaşmada isə "Brann" evdə "Bolonya" ilə üz-üzə gəlib. Norveç təmsilçisi topa sahiblikdə üstün olsa da, hücumda ciddi təhlükə yaratmayıb. İtalyan komandası isə Santiaqo Kastronun erkən qolu ilə səfərdə 1:0 hesablı qələbə qazanıb.







Avroliqa