- Avroliqa
- 12:59 20.02.2026
Türkiyənin “Fənərbağça” klubunun yarımmüdafiəçisi N'Qolo Kante "Nottinqem Forest"ə qarşı UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu sonrası fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, fransız futbolçu bu barədə UEFA-nın mətbuat xidmətinə açıqlamasında danışıb.
"Bu komanda üçün oynamağı çox sevirəm. Üç ildən sonra yenidən avrokuboklarda oynamaq çox xoşdur. Bu gün uduzduğumuz üçün çox təəssüflənirəm. Amma hələ hər şey bitməyib. Qarşımızda cavab oyunu var və öz gücümüzə inanmalıyıq"
İlk oyunda "Fənərbağça" öz meydanında 0:3 hesabı ilə məğlub olub. Cavab oyunu 26 fevralda İngiltərədə, "Nottinqem Forest"in ev sahibliyində keçiriləcək.