24 fevral 2026. Çərşənbə axşamı

AFFA rəsmisi Avropa Liqasının oyununa təyinat alıb


  • Avroliqa
  • 15:56 23.02.2026
  • Oxunma sayı: 46
AFFA rəsmisi Avropa Liqasının oyununa təyinat alıb

AFFA baş katibinin beynəlxalq hakimlik və hakimlərin təlim-tədrisi üzrə müşaviri Frank De Blekere UEFA-dan yeni təyinat alıb.

90deqiqe.Az xəbər verir ki, belçikalı mütəxəssis Avropa Liqasının pley-off mərhələsində Almaniyada "Ştutqart" və Şotlandiyanın "Seltik" komandaları arasında keçiriləcək cavab matçının UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, fevralın 26-da oynanılacaq görüş Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.







Avroliqa