- Avroliqa
- 11:43 27.02.2026
“Fənərbağça”nın baş məşqçisi Domeniko Tedesko komandasının Avropa Liqasında mübarizəni dayandırması ilə bağlı fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, təcrübəli çalışdırıcı bu barədə UEFA-nın mətbuat xidmətinə açıqlamasında danışıb.
“Bu qarşılaşmanı evdə uduzduq, amma bu gün çox yaxşı oyun göstərdik. Bir çox oyunçular sadəcə fantastik təsir bağışladı”.
Xatırladaq ki, İstanbul klubu 1/16 final mərhələsində İngiltərənin "Nottinqem Forest" komandası ilə iki oyun nəticəsinə görə məğlub olub.
İlk matçda İstanbul klubu evdə rəqibinə 0:3 hesabı ilə uduzub. Cavab oyununda isə Tedesko komandası 2:0 öndə olsa da, bir qol buraxıb və əlavə qol vura bilməyib.
Beləliklə, 1/8 finalda "Nottinqem Forest" İspaniyanın "Betis" və ya Danimarkanın "Midtyulland" klubu ilə üz-üzə gələcək.