- Avroliqa
- 16:23 27.02.2026
UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.
90deqiqe.Az xəbər verir ki, püşkatma mərasimi UEFA-nın İsveçrənin Nyon şəhərində yerləşən mənzil-qərargahında keçirilib. Tədbirin nəticəsinə əsasən, növbəti raundda üz-üzə gələcək komandalar müəyyənləşib.
Bu mərhələnin ən maraqlı qarşılaşmalarından biri İtaliya derbisi olacaq. Belə ki, “Bolonya” ilə “Roma” 1/8 finalda münasibətlərinə aydınlıq gətirəcək. Almaniya və Portuqaliya təmsilçilərinin duelində isə “Ştutqart” “Portu”nu sınağa çəkəcək.
1/8 finalın bütün cütlükləri:
“Ferentsvaroş” (Macarıstan) – “Braqa” (Portuqaliya)
“Genk” (Belçika) – “Frayburq” (Almaniya)
“Ştutqart” (Almaniya) – “Portu” (Portuqaliya)
“Bolonya” (İtaliya) – “Roma” (İtaliya)
“Panatinaikos” (Yunanıstan) – “Betis” (İspaniya)
“Selta” (İspaniya) – “Lion” (Fransa)
“Nottinqem Forest” (İngiltərə) – “Midtyullann” (Danimarka)
“Lill” (Fransa) – “Aston Villa” (İngiltərə)
Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları martın 12-də, cavab qarşılaşmaları isə 19-da keçiriləcək.