- Avroliqa
- 04:31 13.03.2026
UEFA Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına start verilib.
90deqiqe.Az xəbər verir ki, gecə keçirilən qarşılaşmalarda bir sıra maraqlı nəticələr qeydə alınıb. İspaniyanın "Selta" klubu doğma meydanda Fransanın "Lion" komandası ilə 1:1 hesablı heç-heçə edib.
İngiltərənin "Nottinqem Forest" kollektivi isə Danimarkanın "Midtüllann" klubuna minimal hesabla – 0:1 uduzub.
Belçikanın "Genk” komandası Almaniyanın "Frayburq" klubunu 1:0 hesabı ilə məğlub edib.
Günün digər matçında Macarıstan təmsilçisi "Ferensvaroş" doğma meydanda Portuqaliyanın "Braqa" komandasını 2:0 hesabı ilə üstələyib.
Qeyd edək ki, 1/8 final mərhələsinin cavab qarşılaşmaları gələn həftə keçiriləcək. Bu oyunların nəticəsinə əsasən turnirin 1/4 final mərhələsinə vəsiqə qazanan komandalar müəyyənləşəcək.
Avropa Liqası
1/8 final, ilk oyunlar
00:00. "Selta" (İspaniya) 1–1 "Lion" (Fransa)
00:00. "Nottinqem Forest" (İngiltərə) 0–1 "Midtüllann" (Danimarka)
00:00. "Genk” (Belçika) 1–0 "Frayburq" (Almaniya)
00:00. "Ferensvaroş" (Macarıstan) 2–0 "Braqa" (Portuqaliya).