19 mart 2026. Cümə axşamı

“Braqa” möhtəşəm qələbə ilə növbəti mərhələyə yüksəldi


  • Avroliqa
  • 23:00 18.03.2026
  • Oxunma sayı: 42
“Braqa” möhtəşəm qələbə ilə növbəti mərhələyə yüksəldi

Avropa Liqasının 1/8 final mərhələsində “Braqa” və “Ferentsvaroş” arasında cavab görüşü baş tutub.

90deqiqe.Az-ın məlumatına görə, səfərdə 2:0 hesabı ilə uduzan Portuqaliya komandası meydanda əzmkar oyun nümayiş etdirib. İlk 15 dəqiqədə Rikardu Orta və Florian Grilliçin qolları sayəsində ümumi hesab bərabərləşib. 34-cü dəqiqədə Qabriel Martinesin fərqi artırması ilə “Braqa” irəliləyib.

İkinci hissədə Orta ikinci qolunu vuraraq final nəticəsini 4:0-a gətirib.

Bu qələbə ilə “Braqa” ümumi hesabda 4:2 ilə növbəti mərhələyə yüksəlib. Komanda 1/4 finalda “Betis” və “Panatinaikos” cütünün qalibi ilə qarşılaşacaq.







Avroliqa