20 mart 2026. Cümə

“Frayburq” Avropa Liqasında 1/4 finala yüksəldi


  • Avroliqa
  • 00:01 20.03.2026
  • Oxunma sayı: 34
“Frayburq” Avropa Liqasında 1/4 finala yüksəldi

Avropa Liqasının 1/8 final mərhələsinin ikinci oyununda "Frayburq" "Genk"i qəbul edib.

 90deqiqe.Az xəbər verir ki, Belçika klubu ilk oyunda evdə minimal hesabla (1:0) qalib gəlmişdi, lakin bu üstünlük ikinci matç üçün kifayət etmədi. Evdəki qarşılaşmada “Frayburq” 5:1 hesabı ilə qələbə qazanıb.

Qollar Ginter, Matanoviç, Grifo, Suzuki və Eggesştayndan gəlib. Alman klubu effektiv oyun nümayiş etdirərək azarkeşlərini sevindirib və Avropa Liqasının 1/4 finalına yüksəlib. Növbəti mərhələdə “Frayburq” “Selta” ilə qarşılaşacaq.







Avroliqa