20 mart 2026. Cümə

“Selta” möhtəşəm oyunla “Lion”u üstələdi və 1/4 finala yüksəldi


  • Avroliqa
  • 00:05 20.03.2026
  • Oxunma sayı: 54
“Selta” möhtəşəm oyunla “Lion”u üstələdi və 1/4 finala yüksəldi

“Lion” və “Selta” Avropa Liqasının 1/8 finalının cavab görüşündə üz-üzə gəliblər.  

90deqiqe.Az xəbər verir ki, fransız azarkeşlərinin əhvalı matçın 19-cu dəqiqəsində pisləşib. Ev sahibi komanda gözlənilmədən azlıqda qaldı – “Lion”un müdafiəçisi Mussa Nyakatə qırmızı vərəqə alıb.

61-ci dəqiqədə sayca üstün olan “Selta” hesabı açıb. Qolu Xavi Rueda vurub, asist isə Uqo Alvarezə yazılıb. “Lion”un vəziyyəti düzəltmək üçün tezliklə qol vurması lazım idi, lakin bütün cəhdlərinə baxmayaraq, ev sahibləri hesabı bərabərləşdirə bilməyib.

İlk oyunda 1:1 hesabı qeydə alınmışdı.

Matçın sonlarında “Selta” üstünlüyü artırıb və komanda Avropa Liqasının 1/4 finalına yüksəlib.







Avroliqa