- Avroliqa
- 02:43 20.03.2026
“Aston Villa” Avropa Liqasının 1/8 finalının cavab matçında öz meydanında “Lill”i qəbul edib.
90deqiqe.Az xəbər verir ki, Fransada keçirilən ilk görüşdə 1:0 hesablı qələbə qazanan Unai Emerinin komandası cavab oyununda da üstünlüyünü davam etdirib. Birmingemdə uzun müddət hesab açılmasa da, 54-cü dəqiqədə Con Makginn hesabı açıb. Qolun ötürməsini Ceydon Sanço verib.
Görüşün sonlarına yaxın – 86-cı dəqiqədə Leon Beyli fərqlənərək hesabı artırıb. Matç 2:0 hesabı ilə başa çatıb.
Beləliklə, “Aston Villa” iki oyunun nəticəsinə görə 3:0 hesabı ilə qalib gələrək Avropa Liqasının 1/4 finalına yüksəlib. Komanda növbəti mərhələdə “Roma” və ya “Bolonya” ilə qarşılaşacaq.