- Avroliqa
- 02:43 20.03.2026
Avropa Liqasının 1/8 final mərhələsinin bütün cavab oyunları başa çatıb.
90deqiqe.Az xəbər verir ki, sonuncu 1/4 final vəsiqəsini İtaliya derbisində “Roma”nı əlavə vaxtda məğlub edən “Bolonya” qazanıb.
Beləliklə, 1/4 final cütləri aşağıdakı kimi formalaşıb:
“Braqa” – “Betis”
“Frayburq” – “Selta”
“Portu” – “Nottingem Forest”
“Bolonya” – “Aston Villa”
1/4 final mərhələsinin ilk oyunları aprelin 9-da, cavab qarşılaşmaları isə aprelin 16-da keçiriləcək.
Yarımfinalda isə cütlər belə olacaq:
“Braqa” və ya “Betis” – “Frayburq” və ya “Selta”
“Portu” və ya “Nottingem Forest” – “Bolonya” və ya “Aston Villa”