5 dekabr 2025. Cümə

Düdelanj - Qarabağ oyunu onlara tapşırıldı


  • Avroliqa
  • 14:20 30.09.2019
  • Oxunma sayı: 506
Düdelanj - Qarabağ oyunu onlara tapşırıldı

Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda keçiriləcək "Düdelanj" - "Qarabağ" oyunu üçün hakim təyinatları açıqlanıb.

Corner.az UEFA-nın saytına istinadən xəbər verir ki, görüşü Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Con Biton olacaq. Ona yan xətdə Daniel Makfarlan və Duqlas Potter kömək edəcək. Donald Robertson isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, oktyabrın 3-də Lümsemburqdakı "Jozi Bartel" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlanayaq.








Avroliqa