17 aprel 2026. Cümə

UEFA Avropa Liqasında yarımfinalçılar bəlli olub


  • Avroliqa
  • 06:02 17.04.2026
  • Oxunma sayı: 11
UEFA Avropa Liqasında yarımfinalçılar bəlli olub

UEFA Avropa Liqasında 1/4 final mərhələsinin cavab oyunlarına yekun vurulub.

90deqiqe.Az-ın məlumatına görə, keçirilən qarşılaşmalardan sonra yarımfinala yüksələn komandalar müəyyənləşib. Növbəti mərhələyə Almaniyanın “Frayburq”, Portuqaliyanın “Braqa”, İngiltərənin “Nottinqem Forest” və “Aston Villa” klubları vəsiqə qazanıblar.

Günün oyunlarında “Frayburq” səfərdə İspaniyanın “Selta” klubunu 3:1 hesabı ilə məğlub edərək ümumi hesabda üstünlüyünü qoruyub. “Braqa” isə səfərdə “Betis” üzərində 4:2 hesablı qələbə qazanaraq yarımfinala adlayıb.

İngiltərənin “Nottinqem Forest” komandası doğma meydanda “Portu”nu minimal hesabla (1:0) məğlub edərək növbəti mərhələyə yüksəlib. Digər görüşdə isə “Aston Villa” “Bolonya”nı 4:0 hesabı ilə darmadağın edib və yarımfinala vəsiqə əldə edib.

UEFA Avropa Liqası

1/4 final mərhələsi, cavab oyunları

16 aprel

"Selta" (İspaniya) – "Frayburq" (Almaniya) 1:3

İlk oyun – 0:3

"Betis" (İspaniya) – "Braqa" (Portuqaliya) 2:4

İlk oyun – 1:1

"Nottinqem Forest" (İngiltərə) – "Portu" (Portuqaliya) 1:0

İlk oyun – 1:1

"Aston Villa" (İngiltərə) – "Bolonya" (İtaliya) 4:0

İlk oyun – 3:1







Avroliqa

"Komandamın oyunundan razıyam"
  • Avroliqa
  • 12:10 20.03.2026
"Komandamın oyunundan razıyam"