23 oktyabr 2024. Çərşənbə

Qurban Qurbanovun 100-cü oyunu - Avrokuboklarda


  • Avroliqa
  • 11:46 01.10.2019
  • Oxunma sayı: 497
Qurban Qurbanovun 100-cü oyunu - Avrokuboklarda

Avropa Liqasının qrup mərhələsinin II turunda “Düdelanj”la keçiriləcək oyun “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olacaq.

Corner.az-ın klubun feysbuk səhifəsinə istinadən məlumatına görə, 47 yaşlı mütəxəssis Lüksemburqda yubiley görüşünə çıxacaq.

Belə ki, həmin oyun Qurbanovun Azərbaycan çempionunun "sükanı arxası"nda 100-cü avrokubok matçı olacaq. Qurbanovlu "Qarabağ" indiyə qədər Avropa arenasında 39 qələbə, 27 heç-heçə, 33 məğlubiyyətlə yadda qalıb.

Qeyd edək ki, "Düdelanj"la "Qarabağ" arasında oyun oktyabrın 3-də "Jozi Bartel" stadionunda keçiriləcək







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi