- Avroliqa
- 01:07 01.05.2026
Avropa Liqasının 2025/2026 mövsümünün yarımfinal mərhələsinin ilk oyunu başa çatıb.
90deqiqe.Az xəbər verir ki, İngiltərənin “Notinqem Forest” və “Aston Villa” komandaları arasında keçirilən görüş Notinqemdə yerləşən “Siti Qraund” stadionunda baş tutub. Qarşılaşmanı portuqaliyalı hakim Joao Pedru Pinheyru idarə edib.
Matçda ev sahibi komanda minimal hesabla qələbə qazanıb – 1:0.
Oyunda yeganə qol 71-ci dəqiqədə vurulub. “Notinqem Forest”in hücumçusu Kris Vud penaltini dəqiq yerinə yetirib.
Yarımfinalın cavab görüşü 7 may tarixində keçiriləcək. Finala vəsiqə qazanan komanda Portuqaliyanın “Braqa” və Almaniyanın “Frayburq” komandaları cütünün qalibi ilə qarşılaşacaq.