- Avroliqa
- 01:07 01.05.2026
Bu gün Avropa Liqasının 2025/2026 mövsümünün yarımfinal mərhələsində ilk oyunlar keçirilib.
90deqiqe.Az xəbər verir ki, “Braqa” (Portuqaliya) doğma meydanda “Frayburq”u (Almaniya) 2:1 hesabı ilə məğlub edib. Digər qarşılaşmada isə İngiltərə təmsilçilərinin duelində “Nottingem Forest” “Aston Villa” üzərində minimal üstünlük qazanıb – 1:0.
Komandalar arasında cavab oyunları 7 may tarixində baş tutacaq.
Turnirin final görüşü Türkiyənin İstanbul şəhərində yerləşən “Beşiktaş” stadionunda keçiriləcək. Həlledici qarşılaşma 20 may 2026-cı il tarixinə planlaşdırılıb.
Xatırladaq ki, yarışın son qalibi “Tottenhem” olub. London klubu ötən mövsümün finalında “Mançester Yunayted”i 1:0 hesabı ilə məğlub edərək kuboku başı üzərinə qaldırıb.