- Avroliqa
- 21:00 11.11.2024
"Kiprdəki qələbə bizim üçün bir nemətdi. Ancaq bu, bizi qrupda favorit halına gətirmir".
Corner.az-ın məlumatına görə, bunu "Düdelanj"ın müdafiəçisi Rokardo Delqado deyib.
Lüksemburq klubu Avropa Liqasının qrup mərhələsi çərçivəsində bu gün "Qarabağ"ı qəbul edəcək. İlk turda APOEL-i səfərdə məğlub edən "Düdelanj" azarkeşləri yenə təəccübləndirmək niyyətindədi.
Hazırda zədədən əziyyət çəkən 25 yaşlı mərkəz müdafiəçisi bu dəfə işlərinin daha çətin olacağını düşünür: "Nəzəri cəhətdən biz daha zəif komandayıq. Bununla belə, rəqiblərimizi təəccübləndirəcək gücdəyik. Baş məşqçi bizə dedi ki, çox da fikir eləməyin. Bu matçlardan həzz almağımızı və əylənməyimizi istəyir. Çempionatın son oyunundakı qələbə möhtəşəm idi. Amma "Qarabağ"la matç tam fərqlidi. "Qarabağ" APOEL-dən fərqli komandadı. Məncə, "Qarabağ" daha güclüdü. Bu üzdən işimiz çətin olacaq. Hamımız bilirik ki, "Sevilya" qrupun favoritidi. Ancaq işlərimiz yaxşı getsə, mümkün qədər xal qazana bilərik. Qrupdakı vəziyyətimizi də sonda görəcəyik. Hiss edirəm ki, Sinani qol imkanı əldə etsə, qaçırmayacaq. Komandamızın potensialına inanıram. 90 dəqiqənin sonunda hamımızın əylənəcəyinə ümid edirəm".
Qeyd edək ki, bu gün "Jozi Bartel" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə 23:00-da başlayacaq