8 may 2026. Cümə

“Aston Villa” “Nottingem Forest”i darmadağın edərək Avropa Liqasının finalına yüksəlib


  • Avroliqa
  • 01:38 08.05.2026
  • Oxunma sayı: 33
“Aston Villa” “Nottingem Forest”i darmadağın edərək Avropa Liqasının finalına yüksəlib

Avropa Liqasının yarımfinal mərhələsinin cavab oyununda İngiltərənin “Aston Villa” klubu “Nottingem Forest”i qəbul edib.

90deqiqe.Az xəbər verir ki, Unay Emerinin rəhbərlik etdiyi komanda rəqibini 4:0 hesabı ilə məğlub edib.

Görüşün əvvəlindən meydan sahibləri oyuna nəzarəti ələ alıb və fasiləyə yaxın hesabı açıblar. Olly Uotkins Emiliano Buendianın ötürməsindən sonra fərqlənib.

İkinci hissədə Birmingem təmsilçisi üstünlüyünü artırıb. Emiliano Buendia penalti zərbəsini dəqiq yerinə yetirərək hesabı 2:0 edib.

77-ci dəqiqədə “Aston Villa” üçüncü qolu vurub. Con Makgin fərqlənib, bu dəfə ona Olly Uotkins assist edib.

Bir neçə dəqiqə sonra şotland yarımmüdafiəçi dublunu rəsmiləşdirib.

İlk oyunda 0:1 hesabı ilə məğlub olan “Aston Villa” iki matçın ümumi nəticəsinə görə üstünlük qazanaraq Avropa Liqasının finalına yüksəlib.







Avroliqa

"Komandamın oyunundan razıyam"
  • Avroliqa
  • 12:10 20.03.2026
"Komandamın oyunundan razıyam"