- Avroliqa
- 01:42 08.05.2026
Almaniyanın “Frayburq” və İngiltərənin “Aston Villa” klubları 2025/2026 mövsümünün Avropa Liqasının finalında üz-üzə gələcəklər.
90deqiqe.Az xəbər verir ki, turnirin həlledici qarşılaşması 20 may 2026-cı ildə İstanbulda yerləşən “Tüpraş” stadionunda keçiriləcək.
“Frayburq” finala qədər Belçikanın “Genk” (iki oyunun nəticəsinə görə 5:2), İspaniyanın “Selta” (6:1) və Portuqaliyanın “Braqa” (4:3) komandalarını məğlub edərək gəlib.
“Aston Villa” isə Fransanın “Lill” (3:0), İtaliyanın “Bolonya” (7:1) və İngiltərənin “Nottingem Forest” (4:1) klublarını mübarizədən kənarlaşdıraraq finala yüksəlib.
Qeyd edək ki, Avropa Liqasının hazırkı qalibi Londonun “Tottenhem” klubudur. Ötən mövsümün finalında “Tottenhem” “Mançester Yunayted”i 1:0 hesabı ilə məğlub etmişdi.