- Avroliqa
- 21:00 11.11.2024
Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində keçirilən "Düdelanj" - "Qarabağ" oyununda xoşagəlməz hadisə yaşanıb.
Corner.az-ın məlumatına görə, qarşılaşmanın birinci hissəsində erməni təxribatı olub.
Hər şey 31-ci dəqiqədə "Qarabağ"ın vurduğu 2-ci qoldan sonra baş verib. Belə ki, həmin vaxt separatçı "Dağlıq Qarabağ" rejiminin bayrağı dronla meydanın məkəzinə gətirilib. Buna isə futbolçularımız biganə qalmayıb. Həmçinin azarkeşlərlə futbolçular arasında münaqişə də olub. Azərbaycan çempionunun oyunçularının kəskin etirazı və təhlükəsizlik tədbirlərinin aşağı səviyyədə olması səbəbindən şotlandiyalı baş hakim Con Biton görüşü yarımçıq dayandırıb. Referi hər iki komandanın meydanı tərk etməsini istəyib.
Bu üzdən hazırda oyun yarımçıq qalıb və referi davam etdirmək qərarını qəbul etməsə, "Düdelanj"a texniki məğlubiyyət veriləcək.
Qeyd edək ki, oyun dayandırlana qədər "Qarabağ" 2:0 hesabı ilə öndə olub.(matc)