Bu gün Avropa Liqasında qrup mərhələsinin 2-ci turunun oyunlarına start verilib.
Corner.az xəbər verir ki, bu turnirdə Azərbaycanın yeganə təmsilçisi “Qarabağ” da növbəti matçına çıxıb.
Qurban Qurbanovun yetirmələri səfərdə Lüksemburqun “Düdelanj” klubunun qonağı olub.
"Jozi Bartel" stadionunda keçirilən oyun "Qarabağ"ın üstünlüyü ilə keçib. İlk hissədə hətta təxribatla da üzləşən təmsilçimiz təxminən 20 dəqiqə fasilə yaranmış qarşılaşmadan darmadağınlı qələbə ilə ayrılıb.
Bu gün qrupun digər oyununda “Sevilya” doğma meydanda APOEL-lə üz-üzə gəlib. İspaniya təmsilçisi ardıcıl ikinci qələbəsini qazanıb.
Avropa Liqası
A qrupu
3 oktyabr
Düdelanj - Qarabağ 1:4
Qol: A.Bernye, 90 - A.Zubir, 11. Miçel, 30. R.Almeyda, 37-pen. D.Kintana, 69.
Qırmızı vərəqə: M.Qaros, 62.