23 noyabr 2024. Şənbə

"Marca" təxribatdan yazdı: Qarabağ ermənilər tərəfindən işğal olunub…


  • Avroliqa
  • 13:41 04.10.2019
  • Oxunma sayı: 508
"Marca" təxribatdan yazdı: Qarabağ ermənilər tərəfindən işğal olunub…

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Düdelanj”la Lüksemburqdakı oyununda üzləşdiyi erməni təxribatı xarici mətbuatın da diqqətindən kənarda qalmayıb.

Corner.az xəbər verir ki, İspaniyanın nüfuzlu “Marca” nəşri də baş verənlərlə bağlı xəbər hazırlayıb.

Yazıda qeyd olunur ki, siyasət yenə idmanda görünməyə başladı: "... və yenə, siyasi səbəblərə görə idman yarışı yarımçıq dayandırıldı. “Düdelanj” - “Qarabağ” matçının gedişi zamanı (azərbaycanlılar 2:0 öndə olarkən), "Artsax" bayrağını daşıyan pilotsuz təyyarə Lüksemburqdakı “Jozi Bartel” stadionunun üstündən uçdu və hakimi oyunu dayandırmağa məcbur etdi. Azərbaycan komandasının üzvləri top ilə dronu yerə endirməyə çalışdılar. Dağlıq Qarabağ Ermənistan və Azərbaycan arasında suverenliyi ilə bağlı münaqişəni qoruyan bir ərazidi. Sözügedən ərazi azərbaycanlıların idi, lakin artıq 30 ildən çoxdu davam edən münaqişə şəraitində Ermənistan qoşunları tərəfindən hərbi şəkildə işğal olunub".

Daha sonra bildirilir ki, "Qarabağ" Ağdam komandası olduğundan futbolçular təxribata görə etiraz etməyə başlayıb: “Qarabağ” futbolçuları bu qarşıdurmadan sonra oynamaqdan imtina etdilər. Çünki “Qarabağ” əslən Ağdam şəhərindəndi, hansı ki, hazırda yuxarıda göstərilən münaqişə səbəbindən işğal altındadı və yalnız Ermənistan tərəfindən tanınan bir respublikanın əlində qalıb. Lüksemburqun səmasındakı qalmaqal səbəbindən oyun 15 dəqiqə (əslində 20 dəqiqədən çox) sonra davam etdi. Azərbaycan klubunun kapitanı Rəşad Sadıqov dron stadionu tərk etdikdən sonra qonaq azarkeşlərə yaxınlaşaraq onları təmkinli olmağa səslədi”.(matc)







Avroliqa