- Avroliqa
- 21:00 11.11.2024
Avropa Liqasında qrup mərhələsinin II turunun simvolik komandası müəyyənləşib.
Corner.az xəbər verir ki, UEFA rəsmi saytı vasitəsilə ən yaxşı "11-liy"i açıqlayıb.
Dünən "Düdelanj" üzərində Lüksemburqda böyükhesablı qələbə qazanan "Qarabağ"ın da bir futbolçusu rəmzi komandaya düşüb. Sözügedən futbolçu 1 qol, 1 assistlə yadda qalan Dani Kintanadadır.İspaniyalı futbolçu FedEx-in araşdırmasına görə, günün ən yaxşı yarımmüdafiəçiləri sıyasında yer alıb.
Simvolik komanda
Qapıçı: Plamen İliev ("Lüdoqorets")
Müdafiəçilər: Boli Bolinyoli ("Seltik"), Rafael Forster ("Lüdoqorets"), Evan Ndika ("Ayntraxt"), Kiran Terni ("Arsenal")
Yarımmüdafiəçilər: Məhəmməd Elyunussi ("Seltik"), Dani Kintina ("Qarabağ"), Bruno Fernandes ("Sportinq"), Qabriel Martinelli ("Arsenal")
Hücumçular: Donyell Malen (PSV), Umar Sadiq ("Partizan")
Qeyd edək ki, "Jozi Bartel" stadionunda keçirilən "Düdelanj" - "Qarabağ" oyunu təmsilçimizin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.