19 may 2026. Çərşənbə axşamı

“Özümü Avropa Liqasının kralı hesab etmirəm”


  • Avroliqa
  • 21:57 19.05.2026
  • Oxunma sayı: 28
“Özümü Avropa Liqasının kralı hesab etmirəm”

İngiltərənin “Aston Villa” klubunun baş məşqçisi Unay Emeri qazandığı uğurlara baxmayaraq, Avropa Liqasının “kralı” kimi qəbul olunmadığını qeyd edib.

90deqiqe.Az xəbər verir ki, təcrübəli çalışdırıcı bu fikirləri jurnalistlərə açıqlamasında bölüşüb.

 “Özümü bu turnirin kralı hesab etmirəm. Mənim üçün bu, “Aston Villa” ilə yeni bir səhifədir. Keçmiş keçmişdə qalıb. Sabah yalnız indiki komandamla və indiki rəqibə qarşı qələbə qazanmaq lazımdır”

“Gərginlik var, amma bunu müsbət qəbul etmək lazımdır. Əsas matçlarda oynayanda bu təzyiq qaçılmazdır”.

Mütəxəssis həmçinin mövsümün əvvəlində komandanın çətin vəziyyətdə olduğunu xatırladıb:

“Mövsümə çox pis başladıq, ilk altı oyunda qələbə qazana bilmədik. Bu məni ciddi narahat edirdi. Amma futbolçuların reaksiyası möhtəşəm oldu. Onlar böyük yetkinlik və məsuliyyət göstərdilər”.

Onun rəhbərliyi altında “Aston Villa” son illərdə avrokuboklarda ciddi irəliləyişə nail olub. 2024-cü ildə komanda Konfrans Liqasının yarımfinalına, 2025-ci ildə Çempionlar Liqasının dörddəbir finalına yüksəlib, hazırda isə klub 30 illik fasilədən sonra ilk böyük tituluna bir addım qalıb.

Birmingem təmsilçisinin son böyük uğuru 1996-cı ildə İngiltərə Liqa Kubokunu qazanması olub. Komanda son dəfə Avropa arenasında isə 1982-ci ildə Avropa Çempionlar Kubokunda qalib gəlib.

Emeri bildirib ki, komanda böyük oyunlarda təzyiqi idarə etməyi öyrənib və bunu müsbət faktor kimi qəbul etməlidir:

Qeyd edək ki, ispan mütəxəssis bu turniri üç dəfə “Sevilya”, bir dəfə isə “Vilyarreal” ilə qazanıb. O, 20 mayda Almaniyanın “Frayburq” klubu ilə keçiriləcək final matçına çıxacaq.Final oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.







Avroliqa

"Komandamın oyunundan razıyam"
  • Avroliqa
  • 12:10 20.03.2026
"Komandamın oyunundan razıyam"