21 may 2026. Cümə axşamı

“Aston Villa” tarixində ilk dəfə UEFA Avropa Liqasının qalibi oldu


  • Avroliqa
  • 00:54 21.05.2026
  • Oxunma sayı: 50
“Aston Villa” tarixində ilk dəfə UEFA Avropa Liqasının qalibi oldu

UEFA Avropa Liqasının 2025/2026 mövsümünün final matçı başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, həlledici qarşılaşmada Almaniyanın “Frayburq” və İngiltərənin “Aston Villa” komandaları üz-üzə gəlib. Oyun İstanbulda, “Tüpraş” stadionunda keçirilib. Görüşün baş hakimi fransalı Fransua Leteksye olub. Matç “Aston Villa”nın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

İngiltərə klubunun heyətində ilk qolu 41-ci dəqiqədə yarımmüdafiəçi Yuri Tielemans vurub. 45+4-cü dəqiqədə Emiliano Buendia fərqi artırıb. 58-ci dəqiqədə isə Morgan Rogers üçüncü qolu vuraraq yekun hesabı müəyyənləşdirib — 3:0.

Turnirin yarımfinal mərhələsində “Frayburq” iki oyunun nəticəsinə görə Portuqaliyanın “Braqa” klubunu 4:3 hesabı ilə məğlub edib. Eyni mərhələdə “Aston Villa” isə İngiltərənin “Nottingem Forest” komandasını 4:1 hesabı ilə üstələyib.

Beləliklə, “Aston Villa” tarixində ilk dəfə Avropa Liqasının qalibi olub. Komandanın baş məşqçisi Unai Emeri üçün bu, turnirdə altıncı final olub.

Ötən mövsümün qalibi isə finalda “Mançester Yunayted”i 1:0 hesabı ilə məğlub edən “Tottenhem” olub.







Avroliqa