21 may 2026. Cümə axşamı

Emeri beşinci dəfə Avropa Liqasının qalibi oldu


  • Avroliqa
  • 01:06 21.05.2026
  • Oxunma sayı: 33
Emeri beşinci dəfə Avropa Liqasının qalibi oldu

“Aston Villa” Avropa Liqasının finalında “Frayburq”a 3:0 hesabı ilə qalib gəlib.

90deqiqe.Az-ın məlumatına görə, Birmingem təmsilçisinin qələbəsinə Yuri Tielemans (41-ci dəqiqə), Emiliano Buendia (45-ci dəqiqə) və Morgan Rogers (58-ci dəqiqə) imza atıb.

Komandanın baş məşqçisi Unai Emeri məşqçilik karyerasında Avropa Liqasını artıq beşinci dəfə qazanaraq turnirin tarixində rekord göstəriciyə imza atıb. İkinci yerdə üç dəfə qalib gələn Giovanni Trapattoni qərarlaşıb. Emeri daha əvvəl bu turnirdə “Sevilya” ilə (2014, 2015, 2016) və “Vilyarreal”la (2021) qalib olub.

İspan mütəxəssis 2022-ci ilin noyabrından “Aston Villa”nı çalışdırır. Növbəti mövsümdə isə “Aston Villa” Çempionlar Liqasında çıxış edəcək.







Avroliqa