21 may 2026. Cümə axşamı

UEFA Avropa Liqasının rəmzi komandası açıqlanıb


  • Avroliqa
  • 22:28 21.05.2026
  • Oxunma sayı: 35
UEFA Avropa Liqasının rəmzi komandası açıqlanıb

UEFA Avropa Liqasının başa çatan mövsümünün rəmzi komandası açıqlanıb.

90deqiqe.Az-ın məlumatına görə, tərkibdə ən çox təmsil olunan klub turnirin qalibi “Aston Villa” olub.Birmingem təmsilçisi heyətə dörd futbolçu göndərib.

Rəmzi komandaya aşağıdakı oyunçular daxil edilib: Emiliano Martinez (“Aston Villa”), Mingesa (“Selta”), Morato (“Nottingem Forest”), Mattias Ginter (“Frayburq”), Viktor Qomes (“Braqa”), Morgan Rogers (“Aston Villa”), Eqqestein (“Frayburq”), Con Makginn (“Aston Villa”), Emiliano Buendia (“Aston Villa”), İqor Jesus (“Nottingem Forest”) və Antoni (“Betis”).

Xatırladaq ki, “Aston Villa” turnirin finalında Almaniyanın “Frayburq” klubunu 3:0 hesabı ilə məğlub edərək Avropa Liqasının qalibi olub.







Avroliqa