24 may 2026. Bazar günü

“Qarabağ”ın Avropa Liqasındakı potensial rəqibləri bəlli oldu


  • Avroliqa
  • 12:15 24.05.2026
  • Oxunma sayı: 24
“Qarabağ”ın Avropa Liqasındakı potensial rəqibləri bəlli oldu

Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək “Qarabağ” klubunun I təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib.

90deqiqe.Az xəbər verir ki, iyulun 9-u və 16-da keçiriləcək qarşılaşmaların yer aldığı mərhələdə ümumilikdə 12 komanda mübarizə aparacaq. Püşkatma zamanı iştirakçılar UEFA reytinqinə əsasən iki səbətə bölünəcək.

“Qarabağ” səpələnmiş komandalar sırasında yer alacaq. Ağdam təmsilçisi ilə yanaşı, “Ferentsvaroş” (Macarıstan), “Dinamo” (Kiyev, Ukrayna), “Hayduk” (Xorvatiya), MOİK (Bolqarıstan) və “Şerif” (Moldova) da bu səbətdə qərarlaşıb.

Səpələnməmişlər səbətində isə “Jilina” (Slovakiya), “Voyvodina” (Serbiya), “Universtatya” (Kluj, Rumıniya), “Aluminiy” (Sloveniya), “Derri Siti” (İrlandiya) və “Vestri” (İslandiya) yer alıb.

Beləliklə, “Qarabağ” I təsnifat mərhələsində bu altı komandadan biri ilə qarşılaşacaq.

Qeyd edək ki, UEFA Avropa Liqasının I təsnifat mərhələsinin püşkatma mərasimi iyunun 16-da keçiriləcək. Ertəsi gün isə II təsnifat mərhələsinin püşkü atılacaq.







Avroliqa