16 iyun 2026. Çərşənbə axşamı

“Qarabağ”ın Avropa Liqasındakı rəqibi müəyyənləşib


  • Avroliqa
  • 19:19 16.06.2026
  • Oxunma sayı: 49
“Qarabağ”ın Avropa Liqasındakı rəqibi müəyyənləşib

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

90deqiqe.Az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə Azərbaycanın turnirdəki yeganə təmsilçisi “Qarabağ”ın da rəqibi bəlli olub.

Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv bu raundda İslandiya təmsilçisi “Vestri” klubu ilə üz-üzə gələcək.

Qeyd edək ki, I təsnifat mərhələsinin oyunları iyulun 9-da və 16-da keçiriləcək.







Avroliqa