18 iyun 2026. Cümə axşamı

“Qarabağ”ın Avropa Liqasındakı potensial rəqibi müəyyənləşdi


  • Avroliqa
  • 15:22 17.06.2026
  • Oxunma sayı: 40
“Qarabağ”ın Avropa Liqasındakı potensial rəqibi müəyyənləşdi

UEFA Avropa Liqasının II təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə Azərbaycanın turnirdə yeganə təmsilçisi “Qarabağ” klubunun da potensial rəqibi müəyyənləşib.

Ağdam təmsilçisi I təsnifat mərhələsində İslandiyanın “Vestri” komandasını məğlub edəcəyi halda, II raundda Bolqarıstanın ÇSKA (Sofiya) və İrlandiyanın “Derri Siti” komandaları arasında keçiriləcək cütün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları 23, cavab görüşləri isə 30 iyulda baş tutacaq.







Avroliqa