5 dekabr 2025. Cümə

Xayme APOEL-ə qarşı oynaya bilər


  • Avroliqa
  • 13:28 10.10.2019
  • Oxunma sayı: 511
Xayme APOEL-ə qarşı oynaya bilər

Qarabağ'ın futbolçusu Xayme Romero zədəsini sağaldıb.

Klubun mətbuat xidmətindən verilən məlumata görə, 29 yaşlı yarımmüdafiəçi tam  olmasa da, komanda ilə birlikdə dünənki məşqlərdə iştirak edib. İspaniyalı oyunçunun Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda APOEL-lə ev matçında oynayacağı gözlənilir.

Xatırladaq ki, Premyer Liqanın V turunun "Zirə" ilə oyununda (3:1) Romeronun çiyni çıxmışdı.

Qeyd edək ki, oktyabrın 24-ü Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - APOEL görüşü saat 20:55-də başlayacaq. (qol)







Avroliqa