- Avroliqa
- 22:06 09.07.2026
"Qarabağ" UEFA Avropa Liqasının 2026/2027-ci illər mövsümündə ilk sınağından uğurla keçib.
90deqiqe.Az xəbər verir ki, Ağdam təmsilçisi I təsnifat mərhələsinin ilk oyununda Bakıda İslandiyanın "Vestri" komandasını qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma Qurban Qurbanovun yetirmələrinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçda hesabı 30-cu dəqiqədə Zakaria Savo açıb. İlk hissəyə əlavə olunmuş ikinci dəqiqədə Abdullah Zubir fərqi iki topa çatdırıb. Görüşdə son nöqtəni isə 86-cı dəqiqədə Renaldo Sefas qoyub.
Beləliklə, "Qarabağ" cavab qarşılaşması öncəsi özünə ciddi üstünlük qazandırıb.
Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 17-də keçiriləcək. Bu cütün qalibi UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Qlentoran" (Şimali İrlandiya) – RFS (Latviya) cütünün güclüsü ilə qarşılaşacaq.