- Avroliqa
- 23:45 09.07.2026
"Vestri"nin baş məşqçisi Daniel Osafo-Badu UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Qarabağ"a 0:3 hesabı ilə uduzduqları ilk oyunu dəyərləndirib.
90deqiqe.Az xəbər verir ki, islandiyalı mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında Azərbaycan çempionunun üstün oyun sərgilədiyini bildirib.
"Çətin oyun oldu. "Qarabağ" öz keyfiyyətini nümayiş etdirdi. Futbolçularımın mübarizəsindən razı qaldım. Yaxşı müdafiə olunduq. Nəticə isə bizi qane etmir və məyus edir. Bununla belə, komandamın göstərdiyi əzmkarlıqdan razıyam", – deyə Osafo-Badu vurğulayıb.
Baş məşqçi cavab görüşü öncəsi komandasını daha yaxşı hazırlamağın vacibliyini qeyd edib:
"Cavab oyununa ciddi hazırlaşmalı və keyfiyyətimizi artırmalıyıq. "Qarabağ"la qarşılaşmaq komandamız üçün böyük motivasiyadır. Bununla yanaşı, bizim üçün əsas diqqət çempionat oyunlarına yönəlib. Rəqib möhtəşəm futbol oynadı, onlara qarşı mübarizə aparmaq çox çətin idi. Hətta bəziləri düşünürdülər ki, "Qarabağ" bizə 10 qol vuracaq".
Qeyd edək ki, komandalar arasında cavab görüşü iyulun 17-də İslandiyada keçiriləcək.