10 iyul 2026. Cümə

Zubirin qolu Azərbaycan futbolu üçün tarixi yubileylə yadda qaldı


  • Avroliqa
  • 15:13 10.07.2026
  • Oxunma sayı: 24
Zubirin qolu Azərbaycan futbolu üçün tarixi yubileylə yadda qaldı

"Qarabağ"ın futbolçusu Abdullah Zubirin UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Vestri"yə vurduğu qol Azərbaycan futbolu tarixinə düşüb.

Peşəkar Futbol Liqasının mətbuat xidmətindən 90deqiqe.Az-a verilən məlumata görə, bu top Azərbaycan klublarının UEFA Avropa Liqası (əvvəlki UEFA kuboku) tarixində vurduğu 300-cü qol olub.

Buna qədər təmsilçilərimiz turnirdə keçirdikləri 283 oyunda 298 dəfə fərqlənmişdilər. "Qarabağ"ın İslandiya təmsilçisi üzərində 3:0 hesablı qələbəsindən sonra bu göstərici 301 qola yüksəlib.

Qeyd edək ki, Azərbaycan klublarının həm avrokuboklarda, həm də UEFA kuboku/Avropa Liqasındakı ilk qolu 1995/1996 mövsümündə vurulub. 1995-ci il avqustun 22-də keçirilən "Austriya" (Vyana) – "Kəpəz" qarşılaşmasında (5:1) Yadigar Süleymanov tarixə düşən ilk qolun müəllifi olub.







Avroliqa