- Avroliqa
- 01:59 28.11.2025
Qarabağ'ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Düdelanj" yoxlama oyunu keçirib.
Corner.az-ın məlumatına görə, Lüksemburq klubu Almaniya üçüncü liqa təmsilçisi "Kayzerslautern"lə üz-üzə gəlib və 0:4 hesabı ilə məğlub olub.
Qeyd edək ki, "Düdelanj" ötən həftə Avroliqanın qrup mərhələsinin 2-ci turunda evdə "Qarabağ"a məğlub olmuşdu - 1:4.