18 iyul 2026. Şənbə

"Qarabağ" Avropa Liqasında II təsnifat mərhələsinə yüksəldi


  • Avroliqa
  • 01:59 17.07.2026
  • Oxunma sayı: 33
"Qarabağ" Avropa Liqasında II təsnifat mərhələsinə yüksəldi

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində "Qarabağ" səfərdə İslandiyanın "Vestri" komandası ilə üz-üzə gəlib.

 90deqiqe.Az-ın məlumatına görə, Reykyavikdə yerləşən "Trottarvöllur" stadionunda keçirilən qarşılaşma Azərbaycan çempionunun inamlı qələbəsi ilə yekunlaşıb.

Bakıda baş tutan ilk oyunda rəqibini 3:0 hesabı ilə məğlub edən Qurban Qurbanovun yetirmələri səfərdə də eyni hesabla üstün olublar.

Ağdam təmsilçisinin qollarını 5-ci dəqiqədə Jali Muaddib, 29-cu dəqiqədə Pedro Bikalyo, 56-cı dəqiqədə isə Zakaria Savo vurublar.

Beləliklə, iki oyunun nəticəsinə əsasən 6:0 hesablı üstünlüklə növbəti mərhələyə yüksələn "Qarabağ" UEFA Avropa Liqasının II təsnifat mərhələsində Bolqarıstanın MOİK (Sofiya) klubu ilə qarşılaşacaq.







Avroliqa