18 iyul 2026. Şənbə

"Çatışmazlıqlarımız var, amma növbəti oyuna daha yaxşı hazırlaşacağıq"


  • Avroliqa
  • 07:44 17.07.2026
  • Oxunma sayı: 36
"Çatışmazlıqlarımız var, amma növbəti oyuna daha yaxşı hazırlaşacağıq"

"Yaxşı oyun alındı. Uzun yol gəlmişdik, qələbə vacib idi. Qol buraxmadan qalib gəlmək yaxşı nəticədir. Futbolçularımı təbrik edirəm".

 90deqiqe.Az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununda İslandiyanın "Vestri" klubunu 3:0 hesabı ilə məğlub etdikdən sonra keçirilən mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis bildirib ki, komanda artıq diqqətini II təsnifat mərhələsindəki rəqibi - Bolqarıstanın MOİK (Sofiya) klubuna yönəldəcək.

"Sabahdan rəqibimizi daha yaxından təhlil etməyə başlayacağıq. Daha yaxşı hazırlaşmağa çalışacağıq. Çünki çatışmazlıqlarımız var. İnanıram ki, növbəti oyuna daha yaxşı idman formasında çıxacağıq", - deyə baş məşqçi vurğulayıb.

Qurban Qurbanov UEFA Konfrans Liqasında uğurlu nəticələr qazanan "Sabah" və "Zirə" komandalarını da təbrik edib.

"Altı oyunda altı qələbə oldu. Bu, UEFA reytinqində əmsalımızın artmasına kömək edir. Buna çox sevinirəm. Bütün komandalarımıza növbəti oyunlarda da uğurlar arzulayıram", - deyə o əlavə edib.

Qeyd edək ki, UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Qarabağ" Bolqarıstanın MOİK (Sofiya) klubu ilə üz-üzə gələcək. Komandalar arasında ilk görüş iyulun 23-də Bakıda keçiriləcək.







Avroliqa