18 iyul 2026. Şənbə

Azərbaycan klubları avrokuboklarda yeni rekord müəyyənləşdirdi


  • Avroliqa
  • 11:53 17.07.2026
  • Oxunma sayı: 36
Azərbaycan klubları avrokuboklarda yeni rekord müəyyənləşdirdi

Azərbaycan təmsilçiləri avrokubokların I təsnifat mərhələsini maksimum nəticə ilə başa vuraraq ölkə futbolu adına yeni rekorda imza atıblar.

 90deqiqe.Az xəbər verir ki, mübarizəyə ilk təsnifat mərhələsindən başlayan "Sabah", "Qarabağ" və "Zirə" keçirdikləri altı oyunun hamısında qələbə qazanıblar. Komandalar ümumilikdə rəqib qapılarından 16 top keçirib, cəmi bir qol buraxıblar.

"Sabah" UEFA Çempionlar Liqasında Uelsin TNS klubunu 2:0 və 2:1 hesabları ilə məğlub edib. "Qarabağ" UEFA Avropa Liqasında İslandiyanın "Vestri" komandasını hər iki görüşdə 3:0 hesabı ilə üstələyib. "Zirə" isə UEFA Konfrans Liqasında Gürcüstanın "Torpedo" klubunu hər iki oyunda 3:0 hesabı ilə mübarizədən kənarlaşdırıb.

Bu nəticə Azərbaycan futbolu tarixində avrokubokların bir mərhələsində qazanılan ən çox qələbə sayı kimi tarixə düşüb. Buna qədərki rekord 2017/18 mövsümünə məxsus idi. Həmin vaxt ölkə təmsilçiləri iki təsnifat mərhələsində ümumilikdə altı qələbə əldə etmişdilər.

Azərbaycan klublarının uğurlu çıxışı ölkəmizi daha bir göstəricidə Avropanın zirvəsinə daşıyıb. Belə ki, bu mövsüm avrokuboklarda mübarizəyə başlayan 33 ölkə arasında Azərbaycan qələbə sayına görə birinci pillədə qərarlaşıb.

Qazanılan uğurlu nəticələr UEFA reytinqinə də müsbət təsir göstərib. I təsnifat mərhələsinin yekununa əsasən Azərbaycanın mövsümlük əmsalı 1,500-ə yüksəlib. Ölkəmiz ümumilikdə 20,062 reytinq xalı ilə UEFA cədvəlində 26-cı pillədə yer alır.







Avroliqa