18 iyul 2026. Şənbə

"Qarabağ" – MOİK oyunlarının başlama saatı açıqlandı


  • Avroliqa
  • 14:54 17.07.2026
  • Oxunma sayı: 35
"Qarabağ" – MOİK oyunlarının başlama saatı açıqlandı

UEFA Avropa Liqasının II təsnifat mərhələsində keçiriləcək "Qarabağ" – MOİK (Sofiya) oyunlarının başlama vaxtı müəyyənləşib.

 90deqiqe.Az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, komandalar arasında Bakıda keçiriləcək ilk qarşılaşma iyulun 23-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. Görüş saat 20:00-da start götürəcək.

İyulun 30-da Sofiyadakı "Vasil Levski" Milli Stadionunda keçiriləcək cavab oyunu isə Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Xatırladaq ki, "Qarabağ" UEFA Avropa Liqasının I təsnifat mərhələsində İslandiyanın "Vestri" klubunu hər iki görüşdə 3:0 hesabı ilə məğlub edərək növbəti raunda yüksəlib.







Avroliqa