18 iyul 2026. Şənbə

"Qarabağ" – ÇSKA oyunlarının hakimləri bəlli oldu


  • Avroliqa
  • 12:57 18.07.2026
  • Oxunma sayı: 49
"Qarabağ" – ÇSKA oyunlarının hakimləri bəlli oldu

UEFA Avropa Liqasının II təsnifat mərhələsində keçiriləcək "Qarabağ" – ÇSKA (Sofiya) qarşılaşmalarını idarə edəcək hakim briqadaları müəyyənləşib.

90deqiqe.Az xəbər verir ki, Bakıda keçiriləcək ilk görüşün baş hakimi italiyalı FIFA referisi Daniele Çiffi olacaq.

Ona yan xətt hakimləri Ciovanni Baççini və Alessandro Lo Çiçero kömək edəcəklər. Dördüncü hakim funksiyasını Daniele Perenzoni yerinə yetirəcək. VAR hakimi Valerio Marini, AVAR hakimi isə Federiko La Penna olacaq.

İyulun 30-da Sofiyada keçiriləcək cavab qarşılaşması belçikalı FIFA referisi Bram Van Drişşenin idarəçiliyinə həvalə olunub.

Mişel Seldreyers və İv De Neve yan xətt hakimləri, Kevin Van Damme isə dördüncü hakim kimi fəaliyyət göstərəcək. VAR sistemində Bert Put, AVAR-da isə Vesli De Kremer çalışacaq.

Qeyd edək ki, "Qarabağ" – ÇSKA arasında ilk oyun iyulun 23-də Bakıda, cavab görüşü isə iyulun 30-da Sofiyada keçiriləcək.







Avroliqa