22 iyul 2026. Çərşənbə

Avropa Liqasında Azərbaycan klublarının mümkün rəqibləri bəlli oldu


  • Avroliqa
  • 15:29 20.07.2026
  • Oxunma sayı: 35
Avropa Liqasında Azərbaycan klublarının mümkün rəqibləri bəlli oldu

UEFA Avropa Liqasının III təsnifat mərhələsinin püşkü atılıb.

90deqiqe.Az xəbər verir ki, püşkün nəticəsinə əsasən, "Qarabağ" II təsnifat mərhələsində Bolqarıstanın ÇSKA klubunu mübarizədən kənarlaşdıracağı təqdirdə növbəti raundda Moldova təmsilçisi "Şerif" və İsrailin "Makkabi" (Tel-Əviv) komandaları arasında keçiriləcək cütün qalibi ilə qarşılaşacaq.

"Sabah" isə UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Finlandiyanın "KuPS" klubuna məğlub olacağı halda mübarizəni UEFA Avropa Liqasında davam etdirəcək. Bakı təmsilçisi bu halda III təsnifat mərhələsində Bolqarıstanın "Levski" (Sofiya) və Rumıniyanın "Universitatya" (Krayova) komandaları arasında keçiriləcək cütün məğlubu ilə üz-üzə gələcək.

Qeyd edək ki, UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunları avqustun 6-da, cavab qarşılaşmaları isə avqustun 13-də keçiriləcək.







Avroliqa